1 Sentyabr 2017 19:29
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay "transfer pəncərəsi”nin son günündə "Qarabağ” növbəti futbolçu transferini həyata keçirib.

Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında Azərbaycan təmsilçisinin heyətində keçirəcək.

27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.

Qeyd edək ki, daha öncə İsveçrənin "Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın "Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər