“Bizi çətin oyun gözləyir. Rəqib müdafiə futbolu oynayan komandadır. Demək olar, heç hücum etmir. Sabahkı matçda qalib gəlməyə və çoxlu qol vurmağa çalışacağıq".
Teleqraf.com xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev 2018-ci il dünya çempionatının seçmə mərhələsində San Marino ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib
O, sentyabrın 4-də "Bakcell Arena"da keçiriləcək oyunda qol vuracağına ümid etdiyini söyləyib:
“Hücumçuyam və işim qol vurmaqdı. Ümid edirəm ki, sabahkı oyunda fərqlənə biləcəyəm”.
Matç saat 20:00-da başlayacaq.