4 Sentyabr 2017 08:17
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın baş məşqçisi Zinəddin Zidan DÇ-2006-nın İtaliyaya qarşı keçirilən final oyununda rəqib oyunçu Marko Materatsini kəllə ilə vurduğu üçün futbol ictimaiyyətindən üzr istəyib.

Teleqraf.com xəbər verir ki, “Telefoof” nəşrinə müsahibəsində o, bu hərəkətinə görə fəxr etmədiyini söyləyib.

“Uşaqlardan, məşqçilərdən və futbolu inikal idman növünə çevirən bütün insanlardan üzr istəyirəm. Bu hadisə mənim futbolçu karyeramın bir hissədir. Əlbəttə, xoş olay deyil. Amma bu faktı qəbul etməliyik” – deyə o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər