5 Sentyabr 2017 20:13
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Teleqraf.com PFL-ə istinadən məlumat verir ki, klub ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək IV turun oyun cədvəlində dəyişiklik edilməsini xahiş edib. Belə ki, klub IV turun “Kəpəz” - “İnter” görüşünun “İnter” - “Kəpəz” matçı kimi qeydə alınmasını xahiş edib.

Bütün bunları və "İnter"in razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası Premyer Liqanın IV turunun “Kəpəz” - “İnter” matçının sentyabrın 9-da “İnter Arena”da keçirilməsi barədə qərar qəbul edib. IV turda meydan sahibi “İnter” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilib.

“Qarabağ” klubu da Peşəkar Futbol Liqasına müraciət edib. Ölkəmizi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edən “Qarabağ” ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqanın IV turunda keçiriləcək “Səbail” ilə matçının başqa tarixə keçirilməsini istəyib. Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan PFL Premyer Liqanın IV turunun “Səbail” – “Qarabağ” matçının 08.09.2017-ci il tarixdən 08.12.2017-ci il tarixə keçirilməsi haqqında qərar qəbul edib.

Beləliklə, turun görüşləri iki günü əhatə edəcək:

9 sentyabr

“İnter” – “Kəpəz”
“İnter Arena”, 17:00

“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 20:30

10 sentyabr

“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 19:00


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər