21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə istefa verib.
Teleqraf.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssisin müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.
Yığmamızın AÇ-2019-un seçmə mərhələsi çərçivəsində İsrail və İrlandiya ilə oyunlarından sonra çalışdırıcı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hər iki qarşılaşmadakı məğlubiyyətin (1:3) hesabatı dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.