Bu gün Topaz Premyer Liqasında dördüncü tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, günün yeganə matçı Sumqayıtda oynanılıb. Eyniadlı komanda “Neftçi”ni qəbul edib və qələbə qazanıb - 1:0.
Bu mövsüm qələbə üzünə həsrət qalab paytaxt klubu isə uğursuz seriyanı davam etdirib. "Sumqayıt"a məğlubiyyət "Neftçi" üçün bu çempionatda üçüncü olub.
Qeyd edək ki, 4-cü turda keçirilməli olan "Səbail" - "Qarabağ" oyunu Ağdam klubunun Çempionlar Liqasında "Çelsi" ilə matçının olması səbəbindən təxirə salınıb.
10 sentyabr
Topaz Premyer Liqası, IV tur
19:00.“Sumqayıt” - “Neftçi” - 1:0
Qol: Amil Yunanov, 25-pen.
Hakimlər: Rəhim həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
“Kapital Bank Arena”
9 sentyabr
“İnter” - “Kəpəz” - 3:2
“Qəbələ” - “Zirə” - 1:1