"Qarabağ"la oyun mənim üçün xüsusi idi. Çünki "Çelsi"nin heyətində ilk dəfə Çempionlar Liqası matçına çıxırdım. Buna görə də xoşbəxtəm".
Bu sözləri "Çelsi"nin futbolçusu N'Qolo Kante Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
26 yaşlı yarımmüdafiəçi Ağdam klubunun asan rəqib olmadığını bildirib: "Meydana əsas heyətlə çıxmasaq da, böyükhesablı qələbə qazandıq. Buna baxmayaraq, "Qarabağ" asan rəqib deyil. Hər oyuna ciddi yanaşmalıyıq".
/Qol.az/