18 Sentyabr 2017 08:17
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

La Liqa təmsilçisi "Alaves" baş məşqçisi Luis Subeldiyanı istefaya göndərib.

Teleqraf.com xəbər verir ki, buna komandanın ölkə çempionatındakı uğursuz çıxışı səbəb olub. Son turda "Vilyarreal"la məğlubiyyətdən sonra klub rəhbərliyi 36 yaşlı mütəxəssislə yolları ayırmağa qərar verib.

Bu, La Liqada 2017/2018 mövsümün ilk baş məşqçi istefası olub.

Qeyd edək ki, "Alaves" ölkə çempionatında keçirdiyi 4 oyunda da uduzub və 1 qol da vurmayıb.


Müəllif: Teleqraf.com