19 Sentyabr 2017 17:31
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sumqayıt"ın oğurluq üstündə həbs edilən futbolçusu Nicat Muxtarov azadlığa buraxılıb.

Oyunçuya yaxın mənbələrin verdiyi xəbərə görə, o, artıq sərbəstdir. Muxtarovun hansı şərtlər altında buraxıldığı məlum olmasa da, kiminsə ona zamin durduğu bildirilir.

Qeyd edək ki, Nicat Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanmışdı. O, həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvü kimi həbs edilmişdi. Məlumata görə, dəstə 695 metr kabel oğurlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər