Bu gün Azərbaycan Premyer Liqasının altıncı turuna start verilib.
Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına stadionda keçirilən “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının yeddinci dəqiqəsində hesabı qonaqları açıb. İlk qolu Ağdam komandasının qapısından Bəxtiyar Həsənlizadə keçirib. Görüşün birinci hissəsi bu hesabla başa çatıb.
Oyunun 56-cı dəqiqəsində "Qarabağ"ın oyunçusu Pedro Enrike hesabı bərabərləşdirib. Oyunu ələ alan “Qarabağ” görüşün 62-ci dəqiqəsində Riçard Almeydanın penaltidən vurduğu qolla hesabda irəli çıxıb - 2:1. Bundan üç dəqiqə sonra Mahir Mədətov hesab arasındakı fərqi iki topa çatdırıb 3:1. Oyunun 73-cü dəqiqəsində M.Mədətov dubla imza atıb - 4:1. Bu, oyunda vurulan sonuncu qol olub.
Qeyd edək ki, görüşün 88-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Miçel Markos Madera qırmızı vərəqə ilə cəzalandırılıb.
Turun digər oyunları sentyabrın 23-də və 24-də keçiriləcək.