27 Sentyabr 2017 21:00
5 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

21.50

"Qarabağ" - "Roma" oyunu 1:2 hesabı ilə başa çatdı.

21.00

"Qarabağ" - "Roma" oyununun ikinci hissəsi başladı.

20.46

"Qarabağ" - "Roma" oyununda komandalar 1:2 hesabı ilə fasiləyə getdi.

20.29

"Qarabağ" hesab arasındakı fərqi azaltdı. 28-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Pedro Enrike fərqləndi - 2:1

20.16

15-ci dəqiqədə Edin Zeko "Roma"nın ikinci qolunu vurub.

20.07

"Qarabağ" - "Roma" oyununda hesab açılıb. Oyunun 7-ci dəqiqəsində "Roma"nın oyunçusu Kostas Manolas "Qarabağ"ın qapısına yol tapıb -0:1

20.00

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun oyunlarına start verilib.

Teleqraf.com xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycanın "Qarabağ" klubu İtaliyanın "Roma" klubunu qəbul edir. Oyun Bakı Olimpiya Stadionunda keçirilir.

Qeyd edək ki, UEFA Gənclər Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün "Qarabağ" U-19 – “Roma” U-19 oyunu baş tutub. Oyun 0:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Çempionlar Liqası

Qrup mərhələsi, 2-ci tur

C qrupu

20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)

Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu

1.

Çelsi

1

1

0

0

6:0

3

2.

Roma

1

0

1

0

0:0

1

3.

Atletiko

1

0

1

0

0:0

1

4.

Qarabağ

1

0

0

1

0:6

0


Müəllif: Teleqraf.com