UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda Bakı vaxtı ilə 20:00-da keçiriləcək “Qarabağ” - “Roma” oyununun start heyəti açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov yer alıblar.
“Roma”nın heyətində isə meydana Alison Beker, Raca Naynqolan, Juan Jesus, Lorenzo Pelleqrini, Edin Dzeko, Aleksandr Kolarov, Maksim Qonalons, Qriqori Defrel, Bruno Peres, Kostas Manolas, Stefan El Şaravi çıxacaqlar.
Görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edəcək.