Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Roma”ya uduzan (1:2) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib: “Ağır oyun oldu. Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq. Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik. Rəqib layiqli qələbə qazandı. Futbolçularımın da çıxışından razı qaldım. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm”.