Çempionlar Liqasının II turunda keçirilən matçlarda qeydə alınan azarkeş sayı müəyyənləşib.
UEFA-nın rəsmi saytının təqdim etdiyi rəqəmlər əsasında, turun rekordu “Qarabağ” – “Roma” (1:2) matçında qeydə alınıb. İlk dəfə Azərbaycanda keçirilən ÇL qrupu oyununu Bakı Olimpiya Stadionunda 67200 tamaşaçı izləyib.
Turun ən yaxşı 2-ci göstəricisi “Siqnal İduna Park”da keçirilən “Borussiya” – “Real” (1:3) görüşündə qeydə alınıbsa, 3-cü yeri isə “Vanda Metropolitano”dakı “Atletiko” – “Çelsi” (1:2) matçı tutub. Dortmund və Madriddəki qarşılaşmalarda müvafiq olaraq, 65849 və 60643 tamaşaçı qeydə alınıb.
Turun ən aşağı göstəricisi isə “Monako”nun doğma meydanda “Portu”ya 0:3 məğlub olduğu görüşdə qeydə alınıb – 11703 izləyici.
Bu mövsüm ən çox tamaşaçə I turda “Nou Kamp”da keçirilən “Barselona” – “Yuventus” (78656) oyununu izləyib.