29 Sentyabr 2017 23:44
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Superkoboku uğrunda matçda “Arsenal”ın qapısına təyin olunmuş penaltini vura bilməyən “Çelsi”nin hücumçusu Alvaro Morata xanımı tərəfindən evə buraxılmayıb.

Teleqraf.com xəbər verir ki, A. Morata mətbuata açıqlamasında vura bilmədiyi penaltiyə görə özünü pis hiss etdiyini deyib. Əlavə edib ki. ona ən böyük cəza arvadı Alicsa Kampellodan gəlib: "İki gün özümə gələ bilmədim. Yoldaşım mənə dedi ki, evdən get, özünü yaxşı hiss edəndə qayıdarsan. Günün sonunda gərginlikdən azad oldum. İngiltərədə oynamaq çox çətindir. İngiltərə futboluna yavaş-yavaş alışıram".

Xatırladaq ki, “Çelsi” və “Arsenal” arasında Superkubok uğrunda matç avqustun 6-da keçirilib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Oyun sonrası penaltilərdə isə “Arsenal” 4:1 heabı ilə güclü olub. 24 yaşlı A. Morata bu ilin iyulunda 62 milyon avroya “Real” Madriddən London təmsilçisinə transfer olunub.


Müəllif: Ruslan

Oxşar xəbərlər