30 Sentyabr 2017 14:48
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Qara Qarayevin Dünya Ürək günü ilə bağlı paylaşımı izləyicilərin marağına səbəb olub.

Teleqraf.com xəbər verir ki, futbolçu paylaşımı İnstaqram hesabında edib. O, insanları siqaretdən imtina etməyə çağırıb: "Bu gün Dünya Ürək günüdür. Bir çox insanın erkən yaşlarda ürək xəstəliklərinə tutulması məhz siqaretlə bağlıdır.

Siqaret çəkən şəxs özünün və ətrafındakıların sağlamlığına zərər vurur. Mən sizi siqaretdən imtina etməyə və sağlam həyat tərzinə çağırıram. Siqaretdən imtina edin, sağlamlığınızın və ürəyinizin qayğısına qalın!"


Müəllif: Şəfiqə

Oxşar xəbərlər