26 İyul 2014 02:52

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL ötən gün növbəti yoxlama oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, Tərlan Əhmədovun komandası Boluda məskunlaşdığı “Koru Otel”inin meydançasında son mövsümü Türkiyə superliqasında keçirmiş “Antalyaspor”la üz-üzə gəlib.

Oyun AZAL-ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Maraqlıdır ki, bütün qollar penaltidən reallaşıb. “Təyyarəçilər”də Təmkin Xəlilzadə dubl edib.

Beləliklə, AZAL Türkiyədəki yoxlama oyunlarında ikinci qələbəsini qazanıb. Komanda buna qədər əvvəlcə İran U-21 ilə heç-heçə (2:2) oynayıb, sonra “Mersin İdman Yurdu”na qalib gəlib (2:1) və ardından “Balıkesirspor”a yenilmişdi (1:2). Onu da qeyd edək ki, AZAL növbəti yoxlama oyununu iyulun 27-də Gürcüstan 1-ci divizionunun əsas kollektivlərindən olan “Kolxeti 1913”ə qarşı keçirəcək.


Müəllif:
Загрузка...