Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında sonuncu tura start veriləcək.
Teleqraf.com xəbər verir ki, Azərbaycan millisi qrupdakı son matçını səfərdə keçirəcək. Yığmamız Almaniya ilə görüşəcək.
Almaniya – Azərbaycan matçı Kayzerslautern şəhərində keçiriləcək.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, C qrupu
X tur, 8 oktyabr
22:45. Almaniya – Azərbaycan
Baş hakim: Andris Treymanis
Baş hakimin köməkçiləri: Harald Qudermanis, Aleksey Spasyonnikov
Dördüncü hakim: Aleksandr Qolubev (hamısı Latviya)
Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya)
Komissar: Jan-Fransua Kruk (Belçika)
Kayzerslautern. Frits Valter stadionu