9 Oktyabr 2017 01:58
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ-2018-in seçmə mərhələsinin son oyununda millimizi qəbul edən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv oyun haqqında fikirlərini bölüşüb.

Teleqraf.com xəbər verir ki, alman məşqçi onlar üçün rəqibin kimliyinin fərqi olmadığını deyib: "İlk hissədə tam yaxşı oynamadıq, yavaş hərəkət etdik. Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza göndərirdik. Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt lazımdı. İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi".

İlk hissədə əsəbləşməsi barədə suala isə Löv belə cavab verib: "İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik. İkinci hissədə bu problemi düzəltdik. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər".


Müəllif: Teleqraf.com