10 Oktyabr 2017 00:24
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Futbol Federasiyası DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan millinin futbolçularına mükafat verəcək.

Teleqraf.com xarici mediaya istinadən yaydığı xəbərə görə, DÇ-2018-in qrup mərhələsində 10 oyunun hamısında qələbə qazanan yığmanın oyunçularına ümumilikdə 4 milyon 300 min avro pul veriləcək. Bütün qarşılaşmalarda iştirak edən 3 futbolçu, həmçinin (Mark-Andre ter Stegen, Bernd Leno və Coşua Kimmix) hər görüş üçün 20 min avro olmaqla, ümumilikdə 200 min avro mükafat alacaq.

Bundan başqa, turnirdə 37 futbolunun oynamasına baxmayaraq, heyətdə yer alan 42 futbolçunun hamısı mükafatlandırılacaq.

Xatırladaq ki, Almaniya C qrupunun sonuncu turunda millimizə 5:1 hesabı ilə qalib gəlib.


Müəllif: Teleqraf.com