10 Oktyabr 2017 16:12
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqası qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı “Atletiko” (Madrid) ilə matça bilet satışı davam edir.

Bununla bağlı Teleqraf.com-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun sözlərinə görə, artıq 25 min bilet satılıb.

Nurlan İbrahimov Çexiya ilə oyundan öncə məşq zamanı zədələnən Maksim Medvedevin son durumu ilə bağlı da sualı cavablandırıb: “Maksimin diz bağlarında ciddi zədə var. Hazırda fərdi məşqlərlə kifayətlənir”.

Mətbuat katibi klubun digər müdafiəçisi Bədavi Hüseynovun zədəli olması xəbərlərinə aydınlıq gətirib: “Bədavi Almaniya ilə oyunda iştirak edib. Zədəsi yoxdur”.

“Qarabağ”-“Atletiko” qarşılaşması oktyabrın 18-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.


Müəllif: Samir