11 Oktyabr 2017 13:41
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Millətlər Liqasında divizionların yekun tərkibi məlum olub.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, son nəticələrə əsasən, Azərbaycan D liqasının 1-ci səbətində yer alıb. Hər liqa özlüyündə 4 qrupa bölünəcək.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 2018-ci ilin sentyabr-noyabr aylarında keçiriləcək. D Liqasının qalibi həm C Liqasına yüksələcək, həm də AVRO-2020-yə vəsiqə qazanacaq.

Liqalar yığmaların 2014 və 2018-ci il dünya çempionatındakı, eləcə də 2016-cı ildəki Avropa çempionatındakı nəticələrinə əsasən tərtib edilib.

Ümumilikdə A, B, C və D liqalarındakı komandaları təqdim edirik:

A liqası

1-ci səbət: Almaniya, Portuqaliya, İspaniya, Belçika

2-ci səbət: Fransa, İtaliya, İngiltərə, İsveçrə

3-cü səbət: Polşa, Hollandiya, İslandiya, Xorvatiya

B liqası

1-ci səbət: Rusiya, Avstriya, Uels, Slovakiya

2-ci səbət: İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina

3-cü səbət: Türkiyə, Şimali İrlandiya, Danimarka, Çexiya

C liqası

1-ci səbət: Sloveniya, Macarıstan, Rumıniya, İsveç

2-ci səbət: Norveç, Yunanıstan, Serbiya, Albaniya

3-cü səbət: Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya

4-cü səbət: Kipr, Estoniya, Litva

D səbəti:

1-ci səbət: Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus

2-ci səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

3-cü səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

4-cü səbət: Kosovo, Andorra, San Marino, Cəbəllütariq


Müəllif: Samir