13 Oktyabr 2017 14:07
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşqçi Əngin Fırat Azərbaycan milli komandasının baş məşqçisi ola bilər.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə 47 yaşlı məşqçi özü açılqma verib.

Sonuncu dəfə İranın “Saypa” futbol komandasına rəhbərlik etmiş Əngin Fırat Moldova, Azərbaycan və Kosova milli komandaları ilə də maraqlandığını deyib.

Moldova yığması 2018-ci il Dünya Çempionatı üçün keçirilmiş oyunlarda Serbiya, İrlandiya, Uels, Avstriya, Gürcüstan yığmaları ilə eyni qrupda yer alıb, 10 oyunda 2 heç-heçə edib, 8 dəfə məğlub olub. Moldovanın milli komandanı ayağa qaldıra biləcək baş məşqçi axtarışına başladığı deyilir.

Qeyd edək ki, Azərbaycan milli komandasının baş məşqçisi Prosineçki bir neçə gün əvvəl Xorvatiya mətbuatına açıqlamasında Azərbaycan millisinin baş məşqçi postundan gedəcəyini bildirib.


Müəllif: Cəmilə