15:30
Bu gün Topaz Premyer Liqasında ikinci dövrəyə start verilib.
Teleqraf.com xəbər verir ki, hazırda Bakının “İnter” klubu “Qarabağ”la qarşılaşır.
“İnter Arena” keçirilən oyunu Əliyar Ağayev idarə edir.
***
16:15
“İnter” - “Qarabağ” oyununun ilk hissəsi başa çatıb.
Tərəflər bu hissədə qapılara yol tapa bilməyiblər: 0-0.
***
17:18
“İnter” - “Qarabağ” oyununda hesab açılır.
Qarşılaşmanın 86-cı dəqiqəsində qonaqların futbolçusu Dino Ndlovu hesabı açır.
***
Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə Dino Ndlovu özünün və komandasının 2-ci qolunu vurub.
Bununla da “İnter” - “Qarabağ” oyunu başa çatıb: 0:2.
Bu qələbədən sonra “Qarabağ” liderliyini davam etdirir.