Son günlər Lionel Messinin “Barselona”nı tərk edəcəyi ilə bağlı xəbərlər gündəmdən düşmür. PSJ və “Mançester Siti” “Barsa”nın Messi üçün tələb etdiyi 200 milyon avronu ödəməyə hazırdılar.
Teleqraf.com xəbər verir ki, Kataloniya klubunun ulduz futbolçusu İniesta məsələ ilə bağlı fikirlərini açıqlayıb. İnesta Messinin “Barselona”dan gedişinin səhv qərar olcağını bildirib:
“Belə olacağı təqdirdə, hər iki tərəf səhv etmiş olacaq. Messi ikinci “Barselona”nı heç yerdə tapa bilməyəcək. Elə ona görə də düşünürəm ki, o, karyerasını burda bitirəcək”.