30 İyul 2014 11:04
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qartaltozlu Orxantəpə məhəlləsində kolluq sahədə məlum olmayan səbəbdən yanğın baş verib. Alovlar qısa müddətdə geniş sahəni əhatə edib.

Məlumata görə, yanan sahəyə çox yaxın ərazidə yerləşən Türkiyənin keçmiş milli futbolçusu, qapıçı Rüştü Rənçbərin villası yanmaqdan son dəqiqələrdə xilas olunub.

Yanğını görən vətəndaşlar əraziyə yanğənsöndürənləri çağırıblar. Küləyin gücü ilə qısa müddətdə artan yanğın meşəlik sahəyə və villalara tərəf irəliləməyə başlayıb. Təxminən bir saat davam edən yanğınsöndürmə əməliyyatından sonra yanğın nəzarət altına alınıb. Yanğının ətrafa sıçramaması, villalara doğru irəliləməməsi üçün işlər görülüb. Keçmiş milli futbolçuya məxsus villa da yanğından xilas olunub.

/axar.az/


Müəllif: