1 Noyabr 2017 01:38
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib.

Teleqraf.com xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə “Atletiko”nun qonağı olub.

Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, səfərdən də xalla qayıtmağı bacarıb.

Qrupun digər oyununda İtaliyanın "Roma" klubu London "Çelsi"sini darmadağın edib: 3-0.

31 oktyabr

Çempionlar Liqası

C qrupu

23:45. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 1-1

Qollar: Miçel, 40 (0:1), Thomas, 56 (1:1)

Baş hakim: Deniz Aytekin

Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. “Metropolitano” stadionu


Müəllif: Samir

Oxşar xəbərlər