3 Noyabr 2017 00:20
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dortmund “Borussiya”sının üzvü Nuri Şahin Türkiyə millisində çıxışını başa vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabından açıqlama yayıb. 29 yaşı olan futbolçu artıq milli ilə vidalaşmağın vaxtının çatdığını bildirib.

"Borussiya"nın yetirməsi olan türkiyəli futbolçu, karyerası ərzində "Feyenoord", "Real" və "Liverpul" kimi klubların da şərəfini qoruyub.

2005-ci ildən Türkiyə millisində keçirdiyi 51 oyunda 2 qola imza atıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər