6 Noyabr 2017 00:12
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın kişi şahmatçılardan ibarət milli komandası Yunanıstanın Krit adasında keçirilən Avropa çempionatında Rusiyanı məğlub etməklə liderliyə yüksəlib.

Teleqraf.com xəbər verir ki, şahmatçılarımız VIII turda Rusiya üzərində 3:1 hesablı qələbə qazanıb.

Birinci lövhədə Şəhriyar Məmmədyarov qara fiqurlarla Aleksandr Qrişuku, ikinci lövhədə Teymur Rəcəbov ağ fiqurlarla Yan Nepomnyaşnını, dördüncü lövhədə isə Rauf Məmmədov ağ fiqurlarla Daniel Dubovu yenib. Yalnız üçüncü lövhədə Arkadi Naydiç Maksim Matlakova yenilib.

Bununla da Azərbaycan yığması xallarını 13-ə çatdıraraq, Rusiyanı 1 xal geridə qoyub və liderliyə yüksəlib.

Avropa çempionatına noyabrın 6-da yekun vurulacaq. Hələlik bilinməyən rəqiblə görüşdə heç-heçə belə Azərbaycan millisini tarixində üçüncü dəfə Avropa çempionu edəcək. Daha əvvəl bu nailiyyətlər 2009 və 2013-cü illərdə əldə olunmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər