6 Noyabr 2017 02:15
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gəncədəki oyunlarmız həmişə ağır olub. Çətin qələbə qazandıq. Qələbə qazansaq da, oyundan tam razı deyiləm. Ola bilər ki, futbolçularda yorğunluq var idi"

Teleqraf.com xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının XI tur matçından sonra keçirilən mətbuat konfransında bildirib.

"Kəpəz"in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm. O, necə ədalətli insan olduğunu göstərdi və həmin epizodda hakimə penalti olmadığını dedi" - Qurban Qurbanov vurğulayıb.

Qeyd edək ki, oyunun 27-ci dəqiqəsində "Kəpəz"in hücumu zamanı "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə təkbətək çıxan Viktor Oseqeyl yerə yıxılıb. Baş hakim Rəhim Həsənov əvvəlcə penalti nöqtəsini göstərib və hətta qapıçını sarı vərəqə ilə cəzalandırıb. Lakin qonaq komandanın etirazından, nigeriyalı hücumçunun həmin epizodda penalti olmadığını bildirməsindən, eləcə də köməkçiləri ilə məsləhətləşdikdən sonra hakim qərarını dəyişdirib və penalti qərarını ləğv edib.

Gəncədə keçirilən oyun "Qarabağ"ın "Kəpəz" üzərində 0:2 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər