11 Noyabr 2017 02:05
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın və milli komandamızın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının "Çelsi" ilə oyunu barədə fikirlərini bildirib.

Teleqraf.com xәbәr verir ki, baş məşqçi "Lider TV"yə açıqlamasında qrupdan çıxmaq şanslarının olduğunu deyib:

"Qrupda iki variant var. Biri mübarizəni Avropa Liqasında, digəri Çempionlar Liqasında davam etdirməkdi. Vəziyyətə baxsaq, mübarizəni Avroliqada davam etdirmək imkanımız var. Amma "Atletiko" Çempionlar Liqasında çıxışını davam etdirməyi düşünür. Ən ağırı bizim üçün olacaq. Rəqiblərimizin gücünü bilirsiniz. Hamısı çox güclü komandalardı. Ancaq biz yenə də çalışırıq ki, düzgün hazırlaşaq, rəqiblərə düzgün yanaşaq".

Baş məşqçi "Çelsi" ilə oyunda azarkeşlərlə bağlı problemin yaşanmayacağını bildirib. "12-ci oyunçuları"nın həmişə komandanın yanında olduğunu söyləyən Qurbanov onlardan razı qaldığını deyib: "Qarabağ"a maraq daha da çoxalıb, azarkeşlər komandanı daha çox sevməyə başlayıblar. Onların sayı getdikcə çoxalır. Biz bunu oyundan-oyuna hiss edirik. Onlara inanırıq, bilirik ki, bizimlə olacaqlar. Təkcə stadiona gələnlər yox, evdə televiziya vasitəsi ilə oyunlarımıza baxan, xaricdə olan azarkeşlərimizin də ürəyim daim bizimlədi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər