Topaz Premyer Liqada yaranan fasilədən istifadə edən “Qəbələ” komandası növbəti yoxlama matçında “Səbail”lə üz-üzə gəlib.
Teleqraf.com-un məlumatına görə, Bakı Olimpiya Stadionunun köməkçi meydançasında keçirilmiş oyunda qalib müəyyənləşməyib – 1:1.
İlk hissənin son dəqiqəsində “Qəbələ”də baxışda olan Kevin Penan komandasını hesabda irəli çıxarıb. Oyunda son qolu isə qarşılaşmanın ikinci yarısında “Səbail”ın futbolçusu Aleksandru Popoviç vurub.
Qeyd edək ki, “Səbail” çempionatda 9 xalla 6-cı, “Qəbələ” isə 22 xalla 3-cüdür.