Almaniyada yaşayan türkiyəli idmançı Nihat Atamtürk döyülüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə idmançının Köln şəhərindəki evində baş verib.
Kikboks və tayboks üzrə Avropa çempionu olanları belə anladıb:
“Evinin qapısı döyüldü. Polislər gəlmişdi. Onlardan niyə gəldiklərini və icazə kağızlarının olub-olmadığını soruşdum. Yoxdu dedilər.
Onları evə buraxmaq istəməyəndə isə polislər məni qızımın və həyat yoldaşımın gözləri önündə döydülər. Bunun səbəbini bilmirəm”.