Türkiyə Super Liqası çərçivəsində keçirilən “Gənclərbirliyi” ilə “Kayserispor” klubları arasındakı qarşılaşmadan sonra xoşagəlməz olay baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qarşılaşmanı izləyən Tikinti və Şəhərsalma naziri Məhməd Özhaseki oyundan sonra soyunub-geyinmə otağına gəlmək istəyib.
Bu zaman stadiounu mühafizə edən polislər nazirə əngəl törədib. Bundan sonra nazirin mühafizəçiləri ilə polislər arasında dava olub.