Dünən Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində 8 oyun keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gecənin ən maraqlı oyunları “Dortmund”-“Tottenhem” və “Sevilya”-“Liverpul” klubları arasında olub.
İlk hissədə 1-0 hesabı ilə uduzan “Tottenhem” ikinci yarıda “Dortmund”un qapısına 2 qol vuraraq, oyunu qələbə ilə başa vurub.
“Sevilya”nın oyunu isə daha dramatik olub. Birinci hissədə qapısında 3 top görən ispanlar ikinci yarıda möhtəşəm geridönüş edərək, hesabı bərabərləşdirib. Qarşılaşma 3-3 hesabı ilə başa çatıb.
Son vaxtlar La Liqada uğursuz çıxış edən Madrid “Real”ı “Apoel”i 6 cavabsız topla məğlub edib və ÇL-in final mərhələsinə vəsiqəni təmin edib.
Gecənin digər oyunlarında qeydə alınan hesabları təqdim edirik:
“Beşiktaş” (Türkiyə) – “Porto” (Portuqaliya) - 1:1
“Spartak” (Rusiya) – “Maribor” (Sloveniya) - 1:1
“Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Hollandiya) - 1:0
“Napoli” (İtaliya) – “Şaxtyor” (Ukrayna) - 3:0
“Monako” (Fransa) – “Leypsiq” (Almaniya) - 1:4
Qeyd edək ki, “Beşiktaş” klubu ÇL-in final mərhləsinə vəsiqəni təmin edən ilk türk klubudur.