23 Noyabr 2017 10:47
3 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" Futbol Klubunun kapitanı Rəşad Sadıqov ötən gün baş tutan "Qarabağ"- "Çelsi" oyununda baş verənlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, futbolçu oyunda aldığı qırmızı vərəqəni "Qarabağ"a qarşı ədalətsizlik adlandırıb.

"Görünür hakimlər "Qarabağ"ın qəsdinə durublar, imkan vermirlər komandamız öz oyununu göstərsin. Hər dəfə bir yolla komandanı "sındırırlar". Bu, 1 olsa, 2 olsa, dərd yarı. Artıq neçənci dəfədir bu halla rastlaşırıq. Bunun "təsadüf" olduğunu heç kim deyə bilməz. Atası bilinməyən bu şərəfsiz hakim bilmir ki, son qaydalara görə, əgər penalti təyin edilirsə, qırmızı vərəqə verilmir?! Ümumiyyətlə, bunu kim tapıb Bakıya göndərib?"

Qeyd edək ki, ötən gün Çempionlar Liqasında “Çelsi”ni qəbul edən “Qarabağ” matçın hakim haqsızlığına məruz qalaraq 19-cu dəqiqədən meydanda azlıqda qalıb. Oyunun baş hakimi Manuel De Souza ağdamlıların kapitanı Rəşad Sadıqova haqsız yerə qırmızı vərəqə göstərib.

Bu azmış kimi, portuqaliyalı referi “Qarabağ”ın qapısına penalti təyin edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər