Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Teleqraf.com-un məlumatına görə, günün ilk görüşündə "Sumqayıt" və "Səbail" komandaları üz-üzə gəlib.
"Kapital Bank Arena"da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb - 0:0. FİFA referisi Rəhim Həsənovun idarə etdiyi matçda meydan sahibləri ərazi üstünlüyünə malik olublar. Lakin bir neçə epizodda əlverişli imkanlardan yararlanmaq mümkün olmayıb. Qonaqların isə nadir əks-hücumları nəticə verməyib.
Beləliklə, "Səbail" ilk dövrədə olduğu kimi, meydanı qolsuz tərk edib. Lakin "Sumqayıt" səfərdə 2:0 hesablı qələbə qazandığı həmin oyunla müqayisədə, doğma meydanda qol vura bilməyib. Bununla belə, Samir Abasovun baş məşqçisi olduğu komanda xallarını 17-yə çatdıraraq, yenidən 4-cü pilləyə yüksəlib. 13 xalı olan "Səbail" isə 6-cı pillədə qalıb.
Azərbaycan Premyer Liqası, XIII tur
26 noyabr
16:00. "Sumqayıt” – "Səbail” - 0:0
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
"Kapital Bank Arena”
Qeyd edək ki, turun ilk oyun günündə "Qəbələ" səfərdə "Kəpəz"i 6:1, "Neftçi" isə evdə "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib.