26 Noyabr 2017 22:45
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 13-cü turunda səfərdə “Zirə”yə 3:2 hesabı qalib gəldikləri oyundan sonr mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Teleqraf.com xəbər verir ki, o, əvəlcə matçla bağlı fikirlərini bildirib:

- Çətin və maraqlı görüş oldu. Son vaxtlar çempionatın ən gərgin oyunlarından biri idi. Futbolçularımı təbrik edirəm. İki fərqli hissə izlədik. Oyunçular sona kimi mübarizə apardılar. Bəzi komponentlərdə oyunumuz alınmasa da, sonda qələbə qazana bildik. Ayxan Abbasovu da yaxşı komanda yaratdığına görə təbrik edirəm.

- Mahir Mədətov qol vurduqdan sonra Rəşad Sadıqov ona nə isə dedi...

- Mahirin “sarı”sı var idi. Buna görə, Rəşad ona diqqətli olmağı məsləhət bildi.

- Ansi Aqollinin zədəsi nə yerdədir?

- Onun zədəsi ciddi deyil. Ancaq tam olaraq vəziyyətinə sabah aydınlıq gələcək.

- Riçard Almeydanın əvəzlənməsi nə ilə bağlı idi?

- Onun da yüngül zədəsi var idi. Buna görə onu əvəzləmək qərarına gəldim.

- “Çelsi” ilə oyundan sonra hamı qapıda Kanibolotskinin yer alacağını gözləyirdi. Lakin siz Şahruddin Məhəmmədəliyevə şans verdiniz...

- İstədim ki, heyətdə əlavə bir yerli futbolçu olsun.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər