Argentina futbol çempionatında keçirilən “Yuventud” və “İndependent” klubları arasındakı görüşdə xoşagəlməz insident baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, oyunun bitməsinə az qalmış “İndependent”in qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub.
Azarkeşlər hakimin bu qərarına etiraz edib. Ancaq referi fikrindən daşınmayıb. Bu zaman fanatlar meydana axışıb və hakimi daşlayıblar.
Həmin görüntüləri təqdim edirik: