Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində 1992-ci il təvəllüdlü Musa Rüstəmov tanışı ilə pul borcu üstündə mübahisə edib.
Mübahisə sonda davaya çevrilib. Musa Rüstəmov tanışı tərəfindən bıçaqlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi məlumatlandırılıb. Polis əməkdaşlarından ibarət əməliyyat qrupu Musa Rüstəmovu bıçaqlayan şəxsi yaxalanması istiqamətində əməliyyat tədbirləri görülür.
Məlumata görə, Musa Rüstəmov idmançıdır.
Faktla bağlı cinayət işi başlanıb.