"Latsio" futbol klubunun rəhbərliyi hakimlərin qərarlarına etiraz olaraq İtaliya A Seriyasının oyunlarını boykot edə bilər.
Teleqraf.com xəbər verir ki, "Qartallar"ın sahibi Klaudio Lotito komandasına qarşı planlı kampaniya aparıldığını düşünür.
"Latsio" ötən gün İtaliya A Seriyasının 16-cı turu çərçivəsində "Torino" ilə keçirilən matçın yarısını on nəfərlə oynayıb. Bundan əlavə, hakim romalıların xeyrinə penalti təyin etməyib və matç turinlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Latsio" İtaliya çempionatında 15 oyundan sonra 32 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.