Kiyevdə Çempionlar Liqasının 2017/18 mövsümünün final oyununun loqosunun və kubokun təqdimatı keçirilib.
Teleqraf.com-un xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Olimpiyski” Milli İdman Kompleksində təşkil olunan tədbirdə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko, Kiyev meri Vitali Kliçko və başqaları iştirak edib.
Tədbirdə Çempionlar Liqasının səfiri də ictimaiyyətə təqdim olunub. Gözlənildiyi kimi, Andrey Şevçenko ÇL-nin səfiri olacaq.
Qeyd edək ki, ÇL-nin 2017/18 mövsümünün final oyunu mayın 26-da “Olimpiyski”də baş tutacaq.