“Ölkə xaricində oynamaq şansım var. Hazırda 3 klubla danışıqlar aparıram”.
Teleqraf.com bildirir ki, bunu apasport.az saytına açıqlamasında rumıniyalı qapıçı Kristian Balqradyen deyib.
Adı daha çox “Xəzər Lənkəran”la yanaşı hallanan qolkiper bildirib ki, karyerasını ölkə xaricində davam etdirmək istəyindədi.
Məhz bu səbəbdən Buxarest “Dinamo”sundan ayrıldığını vurğulayan 26 yaşlı çərçivə qoruyucusu “Xəzər Lənkəran”a gəlmək variantının olduğunu inkar etməyib: “Hazırda 3 klubla danışıqlar aparıram. Hamısı ölkə xaricindəndir. Legioner həyatı yaşamaq fikrindəyəm. Ona görə də “Dinamo”dan ayrıldım. Düzdü, “Xəzər Lənkəran”a gələ bilərəm. Amma hələlik bu haqda danışmaq fikrində deyiləm. Bütün məsələlərə aydınlıq gələn kimi, sizə ətraflı məlumat verəcəm”.