13 Dekabr 2017 23:45
592

"Arsenal"ın futbolçusu Məsut Özil bu qış "Barselona"ya transfer olunmaq istəyir.

Teleqraf.com xəbər verir ki, türkəsilli alman yarımmüdafiçinin meneceri Erkut Sequt ötən həftə Kataloniya klubununun baş direktoru Pep Sequra ilə transferlə bağlı danışıqlar aparıb. O, klub nümayəndəsinə Özilin "Barsa"ya getmək istədiyini, "Arsenal"ın bu transferə razı olduğunu bildirib.

Qeyd edək ki, M.Özilin London klubu ilə müqaviləsi bu mövsümün sonu başa çatır. "Barsa"nın da onu transfer etməyi planlaşdırdığı iddia olunur.


Müəllif: Teleqraf.com