Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatının finalçıları müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, "Real" yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzira" klubunu 2:1 hesabı ilə məğlub edərək finala çıxıb.
Madridlilərin heyətində Kriştiano Ronaldo (53 dəq.) və Qaret Beyl (81), ev sahiblərinin heyətində Romarinyo fərqlənib (41).
Beləliklə, Zinəddin Zidanın yetirmələri dekabrın 16-da həlledici görüşdə Braziliyanın "Qremio" klubu ilə qarşılaşacaq.