16 Dekabr 2017 22:59
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə “World Masters” turnirinə start verilib. Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir medal yazdırıb.

Teleqraf.com xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov mötəbər yarışda bürünc medal qazanıb.

Ümumilikdə 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq yarışda Azərbaycan millisi yeddi cüdoçu ilə təmsil olunur.


Müəllif: Teleqraf.com