İspaniyada keçirilən futbol oyunlarından biri gündəm olub.
Teleqraf.com xəbər verir ki, Kanar adalarının Gənclər Liqasında “Las Palmas” və “Las Koloradas”ın ikinci komandası arasında baş tutan görüşdə qapılara nə az, nə çox, düz 47 qol vurulub.
Bu yaş kateqoriyasında 70 dəqiqə davam edən matç birinci hissəsində artıq “Las Palmas” 24 cavabsız qolla öndə olub. Lakin fasilədən sonra da qola doymayan bu komanda ikinci yarıda rəqib qapısından daha 23 top keçirib.
Statistikaya əsasən hər 100 saniyədə qapıya qol vurulub.