“Sumqayıt” futbol klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib.
Teleqraf.com xəbər verir ki, komanda son olaraq “Keşlə”də çıxış etmiş Elnur Abdullayevi heyətinə qatıb. 31 yaşlı futbolçu komanda ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Elnur karyerası ərzində “Keşlə”dən (32 oyun, 2 qol) başqa “Simurq” (13 oyun, 1 qol), “Xəzər Lənkəran” (114 oyun, 10 qol), “Muğan” (42 oyun, 2 qol), “Bakı” (69 oyun, 3 qol), “Olimpik” (12 oyun), “Neftçi” və “Turan”ın şərəfini qoruyub. O, həmçinin 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisinin formasını geyinib.