Misirin “Əl-Əhli” klubu uğur qazanmaq üçün maraqlı üsula əl atıb.
Teleqraf.com-un məlumatına görə, klub iki oyunluq qalibiyyətsizlik seriyasından qurtulmaq üçün stadionda öküz kəsib.
Klub rəsmilərinin kəsdiyi qurbanın əti kasıblara paylanıb.
Qeyd edək ki, 2016-cı ilin iyun ayından uzumayan “Əl-Əhli” son iki oyunun birində məğlub olub, digərində heç-heçə edib.