Artıq “Qalatasaray”ın bir xal belə itirməsinə göz yummayacam.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin “Qalatasaray” futbol komandasının yeni baş məşqçisi Fatih Terim klub prezidenti Dursun Özbəklə görüşündə deyib.
Təcrübəli məşqçi maaşla bağlı heç bir tələbinin olmadığını bildirib:
“Mən “Qalatasaray”la pul mövzusunda danışa bilmərəm. “Göztəpə” ilə oyunda klubun başında olacam. Artıq “Qalatasaray”ın bir xal da itirməsinə göz yummayacağam”.
Qeyd edək ki, Fatih Terimin baş məşqçiliyi dövründə “Qalatasaray” bir çox uğurlara imza atıb, 2000-ci ildə UEFA kubokunu qazanıb.